Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib.
KONKRET.az Oxu.Az-a istinadla xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:
İddia edilir ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən çıxıb:
“Daha sonra o, marşrut avtobuslarının birinə minib və Nizami rayonu ərazisində düşüb. Telefonu bağlı olduğu üçün onunla əlaqə yaratmaq olmayıb”.
