Dünyanın ən məşhur meneceri xəstəlikdən ölüb? – FOTObackend

Dünyanın ən məşhur meneceri xəstəlikdən ölüb? - FOTO

Məşhur futbol meneceri Mino Rayolanın dünyasını dəyişdiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, italyan menecerin 54 yaşında ağciyər xəstəliyindən vəfat etdiyi bildirilib.

Erlinq Holan (“Borussiya” Dortmund), Pol Poqba (“Mançester Yunayted”), Canluici Donnarumma (PSJ), Mateys de Lixt (“Yuventus”), Zlatan İbrahimoviç (“Milan”), Romelu Lukaku (“Çelsi”) kimi məşhur futbolçuların meneceri olan Mino Rayola son həftələr xəstə imiş və xəstəxanada müalicə alırmış.

Ancaq onun yatırıldığı Milandakı San-Rafael hospitalının anesteziya və intensiv terapiya şöbəsinin rəhbəri Alberto Zanqrillo ölüm xəbərini hiddətlə təkzib edib:

“Həyatla ölüm arasında olan bir insan barədə xəbərlərin spekulyasiyasına çalışan yalançı jurnalistlərin mənə zəng vurması məni dəli edir”.

Rayolanın sağ əli hesab edilən köməkçisi Xose Fortes Rodriges də NOS nəşrinə menecerin ölüm xəbərini təkzib edib.

Eyni zamanda Rayolanın sosial şəbəkədəki rəsmi hesabında aşağıdakı məzmunda paylaşım edilib:

“Dörd ay ərzində artıq ikinci dəfədir ki, mənim ölüm xəbərimi yayırlar, ancaq deyəsən, mənim dirilmək kimi xüsusiyyətim var”.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*