Dünyanın ən varlı xanımı tənha qaldı – FOTObackend

Dünyanın ən varlı xanımı tənha qaldı - FOTO

KONKRET.az TMZ-yə istinadən xəbər verir ki, dünyanın ən gənc milyarder xanımı Kayli Cenner subay oğlanları sevindirib – sahibkar qadın uzun müddət birlikdə yaşadığı rep ifaçısı Trevis Skottdan ayrılıb.

Cenner və Skott iki il münasibətdə olduqdan sonra ayrılmaq qərarına gəliblər. TMZ-nin bildirdiyinə görə, sonuncu dəfə gənc cütlüyü bir yerdə avqust ayında Santa Monikada dincələrkən görüblər – cütlük Kaliforniyada Kaylinin ad gününü qeyd edirmiş. Ümumi qızları Stormi də onlarla birlikdə əylənib.

TMZ-nin fikrincə, cütlük heç də birdəfəlik ayrılmayıb, onlar sadəcə “münasibətlərində fasilə götürüblər”. Hər halda onlar övladlarının tərbiyəsilə birlikdə məşğul olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*