Dünyanın ən yaxşı gənc futbolçuları – SİYAHIbackend

Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

İspaniyanın ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.

KONKRET.az xəbər verir ki, siyahıya yaşı 21-dən az olan olan oyunçular daxil edilib.

İlk pillədə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.

İkinci sırada Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən Ceydon Sanço yer alıb.

İngiltərə “Liverpul”undan Trend Aleksander-Arnold isə sıralamada 3-cüdür.

Növbəti sıralarda İspaniya “Real Madrid”indən Vinisius Junior, Almaniya “Bayer”indən Kay Haverts, İtaliya “Milan”ından Canluici Donnarumma, “Borussiya”dan (Dordmunt) Erlinq Holand, “Real Madrid”dən Federiko Valverde və İspaniya “Atletiko”sundan Joau Feliş yer alıblar./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*