Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Moskvanın Ankara ilə münasibətləri dəyərləndirdiyini söyləyib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir:
“Rusiya və Türkiyənin münasibətləri pozmamaları üçün çox diqqətli olmalı və ortaya çıxan mövzuları müzakirə etməlidirlər”.
Ərdoğan əlavə edib ki, hazırda əsas vəzifə iki dövlət arasında münasibətləri inkişaf etdirməkdir. Onun fikrincə, tərəflər bu məsələdə uğur qazanacaq.
Martın 5-də Ərdoğan Türk heyəti ilə Moskvaya gələrək Putinlə danışıqlar aparır.
Babək Göyüş
KONKRET.az
