Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov təqaüdə göndərilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Hörmətli cənab Nazirimiz!
Bu ilin 19 fevralında BDYPİ rəisi hörmətli generalımız Ramiz Zeynalovun 71 yaşı tamam olur. Təklif edirəm ki, elə bu arada R.Zeynalovun ömürlük, əbədi rəis olması barədə bir əmr də imzaladınız çox gözəl olar. Çünki onun hələ çoooox görməli işləri, planları yarımçıq qalıb ki, bu 28 ildə fürsət tapıb soyub tam başa çatdıra bilməyib.