Ədliyyə Nazirliyində yeni təyinat oldu – FOTObackend

Ədliyyə Nazirliyində yeni təyinat oldu - FOTO

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə yeni təyinat olunub.

KONKRET.az xəbər verir ki, bu vəzifəyə Ləman Hüseynzadə təyin edilib. Xatırladaq ki, L.Hüseynzadə bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsini daha öncə Aynur Sabitova icra edib. A. Sabitova bu ilin may ayında vəzifəsindən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*