Monqolustan prezidenti istefa verdibackend

Monqolustan prezidenti istefa verdi

Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux noyabrın 17-də vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Central Asia Media” portalı məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı bu qərarı ona qarşı irəli sürülən ittihamlar və parlamentdəki Demokrat Partiyası fraksiyasının araşdırma aparılması tələbi fonunda qəbul edib.

“Prezident səlahiyyətlərimi təhvil verəcəyəm. Şərəf və ləyaqətimi bərpa etmək üçün müvafiq qurumlara müraciət edəcəyəm”, – Xurelsux bildirib.

Onun sözlərinə görə, Demokrat Partiyasının parlament fraksiyası istefa verməsini və yoxlamadan keçməsini tələb edib:

“Mən bu tələblə razıyam. Heç vaxt yalan danışmamışam, oğurluq etməmişəm və heç kimi aldatmamışam. Buna görə də həqiqətin üzə çıxmasına və ədalətin təmin olunmasına çalışacağam”.

Prezident vəzifədə olduğu müddətdə heç vaxt mənimsəmə ilə məşğul olmadığını, əksinə, qanunsuz əldə edilmiş vəsaitlərin geri qaytarılması istiqamətində fəaliyyət göstərdiyini iddia edib.

İstefanın rəsmiləşdirilməsi və səlahiyyətlərin kimə ötürüləcəyi barədə hələlik məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*