Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.
KONKRET.az xəbər verir ki, Əflatun Amaşov tutduğu vəzifədən getməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.
Məsələylə bağlı Əflatun Amaşov “Unikal”a bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: “İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq”.
