Əfqanıstanda iki elektrikötürücü xətt partladıldı – 11 vilayət işıqsız qaldıbackend

Əfqanıstanda iki elektrikötürücü xətt partladıldı - 11 vilayət işıqsız qaldı

Əfqanıstanın Pərvan vilayətində iki elektrikötürücü xəttin dayağı partladılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Da Afghanistan Breshna Sherkat” (DABS) şirkəti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ölkənin 11 vilayətinə, o cümlədən Kabilə elektrik enerjisinin verilməsi dayandırılıb.

“Pərvan əyalətinin Salanq şəhərinin cənubundakı Taqma rayonunda mina partlaması nəticəsində iki​ elektrik xəttinin dirəyi dağıdılıb. Hadisə ilə əlaqədar Kabildə və daha 10 vilayətdə elektrik enerjisi kəsilib”, – şirkətin açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*