Əfv olunan məhkumlar azadlıqda – FOTObackend

Əfv olunan məhkumlar azadlıqda - FOTO

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

KONKRET.az xəbər verir ki, sərəncam müəssisədəki 11 məhkuma şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.

Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs edilən məhbuslardır.

Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.

Bundan başqa, 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlarda 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*