“Egemen Qazaxıstan”ın 100 illik yubiley mərasimi keçirilib – FOTOLARbackend

“Egemen Qazaxıstan”ın 100 illik yubiley mərasimi keçirilib - FOTOLAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“Azərbaycanla Qazaxıstan və digər türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığı gücləndirmək və jurnalistikanın inkişafına dəstək məqəsdi ilə təqaüd proqramları həyata keçirmək lazımdır. İllər öncə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev “Qazaxıstan” qəzetinin bir illik çap xərcini öz üzərinə götürməklə böyük uzaqgörənlik nümayiş etdirib və media sahəsində əməkdaşlıq üçün örnək addım atıb. Bu barədə Nur-Sultanada, Qazaxıstanın rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”ın 100 illik yubiley mərasimində bildirilib”.

KONKRET.AZ -ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yubiley mərasimində çıxış edən Qazaxıstanın rəsmi dövlət orqanı “Egemen Qazaxıstan” qəzeti idarə heyətinin sədri Darxan Kıdırəli hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində dövlət başçılarının media sahəsində əməkdaşlıq və ortaq türk televiziya kanalının yaradılması təşəbbüslərinə dəstək məqsədilə jurnalistlər arasında işbirliyini gücləndirmək zəruridir.

Tanınmış jurnalist Oljas Berkinbayev isə türkdilli dövlətlər arasında məlumat mübadiləsini genişləndirmək və jurnalistikanın inkişafına təkan verməküçüntəhsil sahəsində təqaüd proqramları həyata keçirməyin vacibliyinə diqqət çəkir.

“Hazırda türkdilli ölkələrdən olan jurnalistlər müxtəlif platformalarda bir araya gəlir. Ən son görüş də Bakıda keçirilmişdi. Hesab edirəm ki, təkcə görüşmək kifayət etmir. Bizim bu sahədə daha əsaslı layihələr həyata keçirməyimiz zəruridir. Məsələn, ABŞ təcrübəsinə müraciət etmək olar. Bu ölkə hər il jurnalistika sahəsində onlarla təqaüd proqramı təklif edir. Türkdilli dövlətlər arasında jurnalistika sahəsində belə təqaüd proqramlarının yaradılması lazımdır. Bu jurnalistlər, bloqqerlər, yeni media texnologiyaları ilə işləyən şəxslərin təhsil və təcrübəsini artırmaq, bir-birimizin həqiqətlərini daha yaxşı dərk etməyə kömək edər”.

Qeyd edək ki, Qazaxıstanın milli azadlıq hərəkatının simvollarından biri, ilk sayı 1919-cu ildə Alaş Orda Muxtariyyəti dövründə işıq üzü görən, hazırda Qazaxıstanın rəsmi dövlət qəzeti olan “Egemen Qazaxıstan”ın  100 illik yubileyi ölkədə geniş şəkildə qeyd olunub. Gündəlik 200 min tirajla çap olunan, regionun ən tirajlı mətbuat orqanı sayılan qəzetdə hər gün Azərbaycanla və türk dünyası ilə bağlı xəbərlərə rast gəlmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*