Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirikbackend

Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirik

Suriyanın İsraillə hərbi qarşıdurmada maraqlı olmadığı və iki ölkə arasında təhlükəsizlik sahəsində sazişin əldə olunması istiqamətində iş aparıldığı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd Əş-Şara danışıb.

O bildirib ki, Dəməşq regionda hərbi eskalasiyanın dərinləşməsini istəmir və İsraillə qarşıdurmadan yayınmağa çalışır.

“Biz dost ölkələrin dəstəyi ilə İsraillə təhlükəsizlik üzrə sazişin əldə olunması istiqamətində işləyirik. Belə bir razılaşma Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olmasına töhfə verə bilər”, – deyə Əhməd Əş-Şara vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*