EKSKLÜZİV: Eldar Əzizovun kürəkəni bu rayona icra başçısı gedirbackend

EKSKLÜZİV: Eldar Əzizovun kürəkəni bu rayona icra başçısı gedir

Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev olacaq. Artıq prezident İlham Əliyevin bununla bağlı bu gün sərəncamı gözlənilir.

Qeyd edək ki, Tağıyev Anar Aqil oğlu – 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas,  2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011-ci ildən hal-hazırki dövrədək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir,  2 övladı var.

Yeri gəlmişkən, Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*