Ekspertin etirafı rusları ŞOKA SALDI: “Hava-Dəniz Qüvvələrinin yarısı ƏLİL OLUB” – VİDEObackend

Ekspertin etirafı rusları ŞOKA SALDI: "Hava-Dəniz Qüvvələrinin yarısı ƏLİL OLUB" - VİDEO

Rusiyanın Hava-Dəniz Qüvvələrinin heyətinin 40-50%-i döyüşmək iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı təbliğatçı-aparıcı Vladimir Solovyovun müəllif verilişində bildirilib. Efirdə qonaq qismində iştirak edən ekspertin açıqlamaları rusları şoka salıb.

Rusiyalı ekspertlər etiraf ediblər ki, Hava Desant Qüvvələrinin yarısı əlil olub.

“Solovyov və başqaları bir ilə yaxındır ki, cəbhədə itkilərimizin az olduğunu deyirlər. Buna artıq heç kim inanmır. Nəhayət, saxtakarların da dili açılıb.

Onlar indi biliblər ki, artıq Hava-Dəniz Qüvvələrinin heyətinin 40-50% -i döyüşmək iqtidarında deyil.

Bir il ərzində onların yarısı artıq döyüşlərdə iştirak edə bilməz. Bir il sonra ikinci yarı yox olacaq. Bizim səy göstərdiyimiz budurmu? Axmaq Xüsusi Hərbi Əməliyyat  planı beləmi olur?”, – deyə ruslar yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*