Elbakyan SƏRSƏMLƏDİ: “Moskva müqaviləsindən fərqli olaraq Qars sazişinə görə, Kərki Ermənistana məxsusdur”backend

Elbakyan SƏRSƏMLƏDİ: “Moskva müqaviləsindən fərqli olaraq Qars sazişinə görə, Kərki Ermənistana məxsusdur

Moskva müqaviləsindən fərqli olaraq, Ermənistanın düşmənlərinin (Azərbaycan, Türkiyə – red.) və kapitulyatorun (Paşinyan – red.) istinad etdiyi Qars sazişində indiki Tiqranaşen (Kərki) ərazisi Ermənistana məxsusdur.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu cür sərsəm fikirlərlə politoloq Edqar Elbakyan çıxış edib.

“Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlar qarşılıqlı  əsaslandırma şəklində həyata keçirilmədiyindən Azərbaycan təslim olan Ermənistana və onun liderinə istəklərini məcbur qəbul etdirir. Kərki üzərindən siqnallar isə gəlməkdə davam edir” – deyə Elbakyan vurğulayıb.

Erməni politoloqun sözlərinə görə, təəssüf ki, Avroatlantik və Rusiyanın hakim dairələrində kapitulyatorun gələcək idarəçiliyini davam etdirməsi ilə bağlı ümumi fikir birliyi mövcuddur. Ona görə də, erməni xalqı bu mübarizədə təkdir və yalnız öz gücünə güvənməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*