10 ildən bir yenilənən sürücülük vəsiqələrinin əsas səbəbi açıqlandıbackend

10 ildən bir yenilənən sürücülük vəsiqələrinin əsas səbəbi açıqlandı

Azərbaycanda sürücülük vəsiqələri ömürlük deyil və hər 10 ildən bir yenilənir. Bəs bu sənəd niyə müddətsiz verilmir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürücülük vəsiqələrinin müəyyən müddət üçün verilməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də şəxsiyyətin düzgün identifikasiyası baxımından zəruridir.

Bakı köhnə avtobuslardan nə vaxt xilas olacaq? - EKSPERT - Avtosfer.az

Ekspertin sözlərinə görə, illər keçdikcə insanların həm xarici görünüşündə, həm də sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verə bilər.

“Yaş artdıqca üz cizgiləri dəyişir, fiziki vəziyyət və sağlamlıq göstəriciləri əvvəlki kimi qalmır. Məhz buna görə də sürücülük vəsiqələrinin hər 10 ildən bir yenilənməsi tətbiq edilir. Zərurət yarandıqda sənəddəki məlumatlar və fotoşəkil də yenilənir. İnsan zamanla dəyişdiyi üçün sürücülük vəsiqəsinin də müəyyən müddətdən sonra dəyişdirilməsi məqsədəuyğun hesab olunur”, – deyə Eldəniz Cəfərov vurğulayıb.

Ekspertin fikrincə, bu yanaşma sənədlərdəki məlumatların aktuallığının qorunmasına, eyni zamanda yol hərəkəti təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsinə xidmət edir.

Aynurə İsmayıl,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*