Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilirbackend

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Əlcəzairdə növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Əlcəzair milli radiosu məlumat yayıb.

Ölkə prezidenti postu üçün üç namizəd mübarizə aparır: “Sosialist Qüvvələr Cəbhəsi”ndən Yusef Auşiş, “Sülh uğrunda cəmiyyət hərəkatı” partiyasından Abdelali Həsəni Şərif və hazırkı Prezident Əbdülməcid Tebbun.

Dövlət başçısı ümumi səsvermə yolu ilə seçilir. Namizəd qalib gəlmək üçün 50 %-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri bu göstəricini aşa bilməsə, iki həftə sonra birinci turda ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçirilir. Qalib 5 il müddətinə prezident mandatı alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*