backend

Əli Abbasov: "Yaxşı olardı ki, Ramiz Mehdiyev AMEA-dakı durumdan da yazardı"

AMEA prezidentinin qurumun saytında məqalə dərc etməsi birmənalı qarşılanmır

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev sentyabrın 1-də dördüncü məqaləsini yaydı. Ramiz Mehdiyevin siyasi yazılarını AMEA-nin saytı vasitəsilə yaymasına hökumətin susqunluqla yanaşması suallar doğurur. Elmi auditoriyanın saytında siyasi məqalələrin yer alması Azərbaycanda ilk hal olduğundan bunun hansı məqsədə xidmət etməsi maraq doğurur.

KONKRET.az xəbər verir ki, Əli Abbasov Meydan TV-yə açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin elmi qurumun saytından öz məqsədləri üçün istifadə etməsində qeyri-adi heç nə görmür:

“Məsələ ondadır ki, AMEA prezidentinin müraciətlərini rəsmi qurumlar əvvəlki kimi qəbul etmir. Əvvəllər fərqli mənzərəydi, Mehdiyevin məqalələri rəsmi media orqanlarda çap olunandan sonra AMEA-nin saytında yayılırdı. İndi vəziyyət dəyişib, akademikin məqalələrini AMEA-nin saytına istinadən müstəqil və müxalif media yayır”.

Əli Abbasov hesab edir ki, Ramiz Mehdiyevin özünün də yaradılmasında iştirakçısı olduğu sistemdə siyasətlə məşğul olmaq icazəlidir:

“Sanki adama nömrə verirlər ki, sən siyasətlə məşğul ola bilərsən, ya yox. Bu, acı gülüş doğurur. Bilirsiniz, Ramiz Mehdiyevin təyinatında xüsusi təsiri olduğu kadrlar bu mənzərəni cəmiyyətə təlqin ediblər. İndi başqa problem yaranır, siyasi elita dəyişir. İndi Mehdiyevi əvəz edənlər kimdir, bax, əsas problem budur. Əgər yenə əvvəlki status-kvo qalacaqsa, insanların üzərində ağalıq davam edəcəksə, heç nə dəyişməyəcək. Ona görə də mətbuat bu məsələnin üzərində dayanmalıdır”.

Əli Abbasov Ramiz Mehdiyevin qarşılaşdığı indiki situasiyanı siyasi kampaniya adlandırıb:

“Zamanında Ramiz Mehdiyevin özü belə kampaniyalar təşkil edirdi. İndi özü vaxtilə hazırladığı situasiyayla qarşılaşıb. Əlbəttə, onun məqalələrinin elmə və ya AMEA-ya aidiyyatı yoxdur. Yaxşı olardı, Ramiz Mehdiyev akademiyadakı durumdan da yazardı. Düzdür, o prezident seçiləndən sonra Rəyasət Heyətində 200 nəfər “ölü insanı” ixtisara salıb, amma bu barədə eşitmişəm, dəqiq bilmirəm”.

KONKRET.az

  • Ilkin
    Sentyabr 5, 2020 - 15:40

    RAMİZ MEHDIYEV : “Bu nədir əəə, hamı düşüb ūstümə, Əli neyniyək ? bir şey fikirləş”
    ƏLİ HƏSƏNOV: “Mən sənə dedim də ay Ramiz, bunun üstü bir gün açılacaq. Sən məni dinləmədin. Gül kimi yeyirdik” 🤫🤣😂😂🤣

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*