Əli Əsədov Çolpon-Atada Belarusun Baş naziri ilə görüşdübackend

Əli Əsədov Çolpon-Atada Belarusun Baş naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bu barədə KONKRET.az-a Nazirlər kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*