Əli Həsənov “Azərbaycan Nəşriyyatı”nın ərazisini ZƏBT EDİBbackend

Əli Həsənov “Azərbaycan Nəşriyyatı”nın ərazisini ZƏBT EDİB

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə “Azərbaycan Nəşriyyatı”nın ərazisini zəbt edərək özünə bina tikdirib.

Hazırda Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina “Azərbaycan Nəşriyyatı”nın ərazisində yerləşir.

Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən ərazidə bir neçə bina inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

KONKRET.az xəbər verir ki, Demokrat.az məsələ ilə bağlı “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənib.

Baş direktor açıqlamasında Əli Həsənovun “Azərbaycan Nəşriyyatı”nın ərazisinin bir hissəsini zəbt etməsini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*