“Bizim yalnız bir çıxış yolumuz var və bu, məlumdur. Bütün erməni xalqı bilməlidir ki, güclü bir orduya ehtiyacımız var. Mübarizə üçün deyil, şərtlərimizə görə barışı tətbiq etmək lazımdır”.
KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, bu sözləri separatçı Samvel Babayan bildirib.
O daha sonra deyib: “Bu yaxınlarda Əliyev ordusunun sayında və hərbi büdcəsində artım oldacağını elan etdi. Bu o deməkdir ki, Əliyev Ermənistandan yenə bir parça qoparmaq istəyir. Buna görə də tələsmək lazımdır. Erməni xalqını xarici düşməndən qurtarmaq üçün kənardan heç kim kömək etməyəcək. Bunu özümüz etməliyik. Bu, Ermənistanın dövlət maraqlarıdır. Ermənilər arasında parçalanma və ölkəmizi zəiflətmək üçün çalışan hər kəs nəhayət, mövcudluq təhlükəsi ilə qarşılaşdığımız zaman özlərinə gəlməlidir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
