Əməkdar jurnalist Nurani vəfat etdibackend

Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*