Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi – FOTObackend

Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi - FOTO

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident sarayına iftar yeməyinə dəvət edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, dəvət məktubunda qeyd edilib: “Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə, çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı rica edir”.

İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.

Qeyd edək ki, Sərvər Bəşirli Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qırmızı rəng köhnə maşını ilə yorğan-döşək daşıyaraq Türkiyəyə yardım kampaniyasına qoşulmuşdu. Onun yardım zamanı çəkilən fotosu gündəm olmuşdu.

ec8ba612-21fc-465d-9693-d07195121153.jpg (61 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*