ƏMR: “Daxili İşlər Nazirliyinin işçiləri arıqlamalıdır”backend

ƏMR: "Daxili İşlər Nazirliyinin işçiləri arıqlamalıdır"

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Türkmənistan Daxili İşlər Nazirliyinin əməkdaşları hazırda attestasiyadan keçirlər. Yerli medianın yazdığını görə, polislərin qarşısına qoyulan tələblərdən biri işçilərin arıqlamasıdır.

Həmin tələbə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının icazə verilən çəkisi 100 kiloqramdan artıq olmamalıdır.

Polis işçilərinin sözlərinə görə, tələblər sərt şəkildə irəli sürülüb. Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin “yağlı polisləri sevmədiyini” izah edərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib.

“Şifahi sərəncama uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabr ayının 25-dən əvvəl arıqlaya bilməyən hər kəs istefa ərizəsi yazmağa məcbur olacaqlar”.

Arıqlamaq tələbi ilə əlaqədar olaraq, hazırda yerli polislər mütəşəkkil qaydada fiziki məşqlər edirlər.

“Məryəmin Aşqabad küçəsində yerləşən stadionda hər gün arıqlamaq üçün qaçan polisləri görə bilərsiniz. Prokurorluğun arxa tərəfindəki idman salonunda və “İlham Sarayı”ndakı idman zalında da futbol və voleybol oynayırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*