Dünya rekordlarını müəyyənləşdirmək bəzən çətin deyil, sadəcə sevdiyin işi görmək kifayətdir.
Məsələn, ən uzun film marafonu kimi dünya rekordu ilə tanış olun. Sureş Yoxam adlı bir adam ümumi marafonun müddəti 121 saat 18 dəqiqə olmaqla ardıcıl olaraq 57 film izləyib. Demək ki, dünya rekordçusu olmaq o qədər də çətin deyil. Sadəcə böyük bir kolleksiya yığmaq kifayətdir.
Fin Kelexer adlı bir adamın rekordu üzünə 43 ilbiz düzməkdi. Hər şey çox sadədir. 10 saniyə kifayyət edir ki, ilbizlər yalnız bircə dəfə üzünüzdə olsunlar. Elə rekordda bundan ibarətdir. İndi sizdə bostanınıza qacıb ilbiz tapın və 44 dənəsini yığıb həmin adamın rekordunu qırın.
Daha qəribə bir rekord Aşrita Furman qoyub. Bu adam yapışqan lentlə özünü divara yapışdırıb. Hələ də aydın deyil ki, bu hərəkət Hörümçək adam rolunu oynamaq üçün, yoxsa rekorda imza atmaq üçündü. Vaxta gəlincə isə demək olar ki, rekordçu divardan 27 saniyə boyunca asılı olaraq qalmışdı. Bundan da möhkəm yapışqan lent olsa, vaxtı 30 saniyəyə kimi də uzatmaq olardı.
Hazırladı: LEYLA
