“Ən uyğun vasitə budur” – Almaniyadan Qarabağ açıqlamasıbackend

“Ən uyğun vasitə budur” - Almaniyadan Qarabağ açıqlaması

“Almaniya ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağda davamlı tənzimləməyə nail olmaq üçün uyğun bir vasitə hesab edir”.

KONKRET.az xəbər verir ki, bunu Almaniya Xarici işlər naziri Hayko Maas söyləyib.

O, son vaxtlar Dağlıq Qarabağda münaqişənin kəskinləşməsinə diqqət çəkib:

“Bizim nəzərimizə görə, Minsk Qrupu əvvəlki kimi, yerli əhali üçün siyasi həll və davamlı sülhün təmin edilməsi üçün uyğun bir çərçivə olaraq qalır. Minsk Qrupunun bir mandatı var, etibar qurmaq və infrastrukturun yenidən qurulmasında iştirak etmək potensialı var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*