Naxçıvanda yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə quşçuluq təsərrüfatlarına xüsusi dəstək göstəriləcək.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.
