“Ən zəif, ən simasız və ən uğursuz Fransa prezidenti Makrondur” – Emmanuelin maskası belə cırıldıbackend

“Ən zəif, ən simasız və ən uğursuz Fransa prezidenti Makrondur” – Emmanuelin maskası belə cırıldı

Prezident İlham Əliyevin Əlcəzirə səfəri və orada verdiyi mesajlar tarixə yazıldı. Xüsusilə ölkə başçısının Fransanın imperialist siyasətini təcəssüm etdirən fikirləri, makronun iç üzünü ortaya qoyan açıqlamaları Ermənistana havadarlıq edən Paris üçün ən tutarlı cavab hesab olunur.  Bu fikirlərə Fransa tərəfindən hansısa reaksiyanın olub-olmayacağını təbii ki, zaman göstərəcək. Amma önəmli olan Azərbaycan liderinin Fransa tərəfindən qətliama məruz qalan bir ölkədə bu fikirləri səsləndirməsi və Makronun iç üzünü ifşa etməsidir.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, ötən əsrin 80-ci illərindən bu günə qədər Fransanın bir neçə dövlət başçısı olub: “1980-ci illərdən bəri ən zəif, ən simasız və ən uğursuz Fransa prezidenti kimi Emmanuel Makronu görürəm. Çünki Makron Fransaya həqarət gətirən bir liderdir. Siyasi çəkisi çox aşağıdır, digər tərəfdən təhrifçidir.

Halbuki Fransa ənənələri dərin və güclü olan bir dövlətdir. Amma buna baxmayaraq Fransanın keçmişdə digər xalqlara qarşı çox böyük cinayətləri olub. Müstəmləkəçilik dövründə Fransa bir çox dövlətlərdə qətliamlar törədib. Əlcəzairdə, Tunisdə, Malidə və digər ölkələrdə hərbi-siyasi cinayətlərə əl atıb. Çox təəssüf edirəm ki, qədim inqilabi ənənələri olan ölkənin və xalqın belə bir lideri var. Əlbəttə ki, siyasi liderlər bütün cinayətlərə görə cavabdehlik daşıyırlar və bunu üzərlərindən ata  bilməzlər. Əvvəl-axır bu cinayətlərə görə gərək cavab verməlidirlər”.

Rusiyaya agentlik etməyim barədə deyilənlər cəfəngiyyatdır” - Tofiq Abbasov | Hafta.az

Prezidentimizin çıxışına və onun yanaşmasına gəldikdə isə, İlham Əliyev Əlcəzairdə hər şeyi öz adı ilə çağırdı: “Belə məsələləri ört-basdır etməyin, pərdələməyin mümkün olmadığını göstərdi. Cinayətlər baş veribsə, bu zaman üstü açılmalıdır. Çünki bir milyon yarımdan çox insanı onlar qətlə yetiriblər. Bəs hansı üzlə Fransa hökuməti guya Osmanlı imperiyasının törətdiyi qətliamdan danışır? Niyə öz cinayətlərini ört- basdır edirlər, amma başqa dövləti törətmədiyi əmələ görə günahlandırmaqdan çəkinmirlər?

Ona görə də indiki məqamda Fransanın Afrika qitəsində, Okeaniyada törətdiyi əməlləri tərəziyə qoysaq daha ağır gələr. Bütün bunlar hamısı Fransanın utancverici əməlləridir və qarşısı alınmalıdır. Bu kimi hadisələrə susqun qalmaq olmaz. Prezident İlham Əliyev də baş verən hadisələrə toxunaraq, Fransanın çirkin siyasətini ifşa etdi. Bu, bizə lazımdır. Çünki dünyada ikili standartlar və riyakarlıq baş alıb gedir. İnsanları ən çox qorxudan isə qarşıdan gələ biləcək qlobal Dünya Müharibəsidir. Bu müharibənin təməlini qoyanlardan biri də faktiki olaraq Fransadır.

Bu gün bizim regionda Fransanın nə hoqqalardan çıxdığını, Ermənistanı silahlandırmağa çalışdığını, Azərbaycanın və Türkiyənin üzərinə getməyə təhrik etdiyini görürük. Özünü sivil sayan bir ölkəyə bütün bunlar yaraşmır. Hesab edirəm ki, Makron dünya çapında çox uğursuz və lazımsız siyasət aparan bir şəxsdir. Onun bütün bu əməlləri isə qınaq obyekti kimi gündəmdə olmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*