Entoni Blinken Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri ilə Suriya məsələsini müzakirə edibbackend

Entoni Blinken Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri ilə Suriya məsələsini müzakirə edib

ABŞ Suriyada hakimiyyətin sülh yolu ilə siyasi transferini və əhatəli hökumətin formalaşmasını dəstəkləyir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla söhbətində bildirib. Dövlət katibi həmçinin beynəlxalq ictimaiyyətin Suriyaya humanitar yardım axınını asanlaşdırmasının vacibliyini də vurğulayıb. O, Suriya xalqına yardım göstərdiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə təşəkkür edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*