Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Bakıya səfərə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Tsaxna X hesabında paylaşım edib.
“Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir”, – nazir qeyd edib.
Tsaxnanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.
