Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov daha öncə KİV-də Krasnoyaruzski rayonunun Staroselye kəndində mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı yayılan məlumatı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, o avtomobilin mərmi ilə partlaması nəticəsində yaşlı insanların həlak olduğunu bildirib.
Qladkovun sözlərinə görə, ölənlər evli cütlükdür. Eyni zamanda xatırladıb ki, oktyabrın 27-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Bir daha mülki əhaliyə, xüsusən də fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu qəsəbələrə müraciət edirəm”, – deyə rəsmi əlavə edib: “Ərazi rəhbərlərinin razılığı olmadan bu yaşayış məntəqələrinə gəlmək mümkün deyil!”