Ər-Riyaddan Ağ Evə SOS: “İran hücuma hazırlaşır” – Tehrandan Naxçıvan HƏDƏSİbackend

Ər-Riyaddan Ağ Evə SOS: "İran hücuma hazırlaşır" - Tehrandan Naxçıvan HƏDƏSİ

İran yaxın zamanlarda Səudiyyə Ərəbistanı və İraqa hücuma hazırlaşır.

KONKRET.az xəbər verir ki, Ər-Riyad bu təhdidlə bağlı ABŞ-a müraciət edib. Məlumata görə, Tehranın məqsədi dünyanın diqqətini molla rejiminə qarşı olan iğtişaşlardan yayındırmaqdır.

Sözügedən müraciətdən sonra qonşu dövlətlər döyüşə hazırlıq səviyyəsini gücləndirilmiş və hazır vəziyyətə gətirib. Ağ Ev isə bildirib ki, İran tərəfindən törədiləcək istənilən hücuma cavab veriləcək. Xatırladaq ki, sentyabrın sonlarından indiyə kimi İran İraqın şimal hissəsinə ballistik raket və PUA hücumları reallaşdırıb. Səudiyyə Ərəbistanı ilə son gərginlik isə 2019-cu ildə yaşanıb.

Tehran Bakını hədələyir

İsrailli iranşünas Mixail Borodkin hesab edir ki, İranda son ayların əsas ritorikası Bakını hədələməkdən ibarətdir. Oktyabrda Azərbaycanla sərhəddə iki dəfə hərbi təlim keçirtmək də bunun isbatıdır. Borodkin fars politoloqlardan birinin “Azərbaycanı yer üzündən silmək lazımdır” çıxışına da toxunub. İranda Naxçıvanın anneksiyası xəbərləri də dolaşmaqdadır. Farslar muxtar respublikanı zəbt etmək fikrinə düşüblər.

• Haşiyəyə çıxaraq qeyd edim ki, molla rejimi son dövrlər Naxçıvandakı struktur dəyişikliyi və kadr islahatlarından öz məqsədləri üçün yararlanmağa çalışacaq. Çünki farslar muxtar respublikadakı küskün məmurların İran agenturasına keçməsinin asan olacağı qənaətindədirlər. Hazırda İran mediasındakı əsas təbliğat kampaniyası da belədir:

“Naxçıvan Azərbaycanın tərkibində qalmaq istəmir”.

Borodkinin fikrincə, Cənubi Qafqazda iki blok yaranıb:
1. Türkiyə-Azərbaycan-İsrail
2. İran-Ermənistan-Rusiya

Və bu bloklar arasında savaş olmasa da, provokasiyalar mümkündür. Cənubi Qafqazda stabilliyi pozmaq cəhdləri də görünür. Həm də İran Cənubi Qafqazı İsrailə qarşı ikinci cəbhə adlandırır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*