Prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında onlayn iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Prezident bəzi səbəblərə görə, Akkuyu AES-in açılışına canlı qatıla bilməyəcək. Bu səbəbdən də Ərdoğan açılış mərasimində onlayn şəkildə iştirak edəcək.
Xatırladaq ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın canlı yayım zamanı halı qəfil pisləşmişdi.
