Ərdoğan: “Bugünkü zəlzələ Türkiyədə 1939-cu ildən bəri ən güclü zəlzələdir”backend

Ərdoğan: "Bugünkü zəlzələ Türkiyədə 1939-cu ildən bəri ən güclü zəlzələdir"

“Bugünkü zəlzələ (7,7 bal) Türkiyədə 1939-cu ildən bəri ən güclü zəlzələdir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“O zaman 33 minə yaxın insan ölüb, 100 minə yaxın insan yaralanmışdı”, – deyə prezident bildirib.

Ərdoğan bildirib ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 1121 nəfər ölüb, 7634 nəfər yaralanıb.

Onun sözlərinə görə, qurbanların dəqiq sayını proqnozlaşdırmaq indi mümkün deyil.

Türkiyə Prezidenti həmçinin bildirib ki, 45 ölkədən yardım təklifləri gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*