“Paşinyanın yenidən seçilməsi “artsax”ın itirilməsinin ermənilər üçün heç bir şey olmadığını göstərir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu rus şərqşünas Yevgeni Satanovski deyib.
“Bu seçkilər göstərdi ki, Qarabağ itkisi və Paşinyanın günahı üzündən olan minlərlə insanın ölümü ermənilər üçün o qədər də əhəmiyyət kəsb etmir. Rusiya tərəfindən müharibəni dayandırmaq üçün əlverişli variantlar da Paşinyan tərəfindən rədd edildi. Şuşa itkisi və Bakıdakı alçaldıcı parad da vacib deyil.
Ərdoğanla Əliyev arasında imzalanan Şuşa müqaviləsi də vacib deyil. Artıq Ermənistanda klassik həqiqətlər işləmir.
Ermənistanda populizm işləyir.
Populizm populistlər üçün yaxşıdır, bəs ölkə necə yaşayacaq? Rusiyadan başqa Ermənistan bu dünyada heç kim üçün maraqlı deyil.
“Artsax”dakı sülhməramlıların da əbədi olmadığını başa düşmək lazımdır. Rusiya olmadan Xankəndidə bir erməni qalmayacaq. Ərdoğan istəyər Xankəndini alar, istəyər İrəvanı da alar”. – deyə rus şərqşünası Yevgeny Satanovski qeyd edib.
Xuraman Etibarlı
KONKRET.az
