Ərdoğan Kılıçdaroğluna Qarabağa səfər etməyi MƏSLƏHƏT GÖRDÜbackend

Ərdoğan Kılıçdaroğluna Qarabağa səfər etməyi MƏSLƏHƏT GÖRDÜ

Ərdoğan Kılıçdaroğluna Qarabağa səfər etməyi məsləhət görüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisarda çıxışı zamanı deyib.

Ərdoğan “Xalq Alyansı”nın namizədi Kamal Kılıçdaroğluna hakimiyyətin imperializmlə necə mübarizə apardığını bilmək istəyirsə, Qarabağdakı işğaldan azad edilmiş əraziləri görməyi tövsiyə edib.

“Əgər bizim imperializmə qarşı mövqeyimizi bilmək istəyirsinizsə, gedin Qarabağda işğaldan azad edilmiş torpaqlardakı qardaşlarımızdan soruşun”, – deyə o bildirib.

Ərdoğan onu da qeyd edib ki, onun gücü Türkiyəni münaqişələrdən saxlamaqla imperialistlərin planlarını pozub.

“BMT-də qlobal sistemə etiraz etdik. Dedik: müstəmləkə nizamına son qoyun. Ömrümüz imperializmlə mübarizədə keçib”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*