Ərdoğan Merkeli gözlədərək avtomobilin içində matç izlədi – VİDEObackend

Ərdoğan Merkeli gözlədərək avtomobilin içində matç izlədi – VİDEO

Futbol həvəskarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hobbisindən Almaniyaya gedərkən belə vaz keçməyib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə 16:00-da başlayan Qalatasaray- Denizlispor matçını izləyən Ərdoğan kameralara tuş gəlib.

Belə ki, müəyyən müddət avtomobilin içərisində qalan Türkiyə Prezidenti oyun bitəndən sonra konfransın keçirildiyi salona daxil olub. Avtomobildən çıxarkən Ərdoğanı Angela Merkel qarşılayıb.

Qeyd edək ki, Ərdoğanın izlədiyi oyunda Qalatasaray 2:1 hesabıyla qələbə qazanıb.

KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*