Ərdoğan Pakistanın Baş naziri ilə telefonla danışdıbackend

Ərdoğan Pakistanın Baş naziri ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu barədə KONKRET.az Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Ərdoğan danışıq zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb.

Dövlət başçısı həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*