backend

Ərdoğan: "Rusiya “taxıl sazişi”nə qayıtdı"

“Rusiyanı “taxıl sazişi”nə qayıtmağa razı saldıq”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın TBMM Qrup Toplantısında çıxışında deyib.

Dünən Rusiya Prezidenti Putinlə telefonla danışan Ərdoğan Rusiyanın “taxıl sazişi”nə qayıtdığını bildirib.

“İndi yeni bir şad xəbər var. Rusiya müdafiə naziri Şoyqu milli müdafiə nazirimiz Akara zəng edərək, bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının əvvəlki kimi davam edəcəyini bildirib”, – deyə Ərdoğan vurğulayıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və sazişin icrasını bərpa edir”, – deyə nazirlik bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*