Ərdoğan: “Suriyada əməliyyatımız gözlənilmədən başlaya bilər”backend

Ərdoğan: “Suriyada əməliyyatımız gözlənilmədən başlaya bilər”

“Suriyada əməliyyat gecələrin birində gözlənilmədən başlaya bilər”.

KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bu məsələdə tələsməyə ehtiyac yoxdur:

“Türkiyə ordusu artıq həm Suriyanın, həm də İraqın şimalında fəaliyyət göstərir. Bizim üçün doğru zamanda daha da güclü əməliyyat başlanacaq”.

Ərdoğan amerikalı həmkarı Co Baydenlə söhbəti zamanı Suriya mövzusunu da qaldırdığını deyib: “Əgər siz Türkiyəni təhdid edən terrorçulara silah və sursat verirsinizsə, o zaman NATO daxilində hansı tərəfdaşlıq və həmrəylikdən danışmaq olar?”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Suriyanın şimalında əməliyyatın hər an başlaya biləcəyini, ilkin mərhələdə bunun Tel-Rifat və Mənbic bölgələrinin terrorçulardan azad edilməsinə yönələcəyini bildirib:

“Türkiyənin əsas məqsədi 2019-cu ilin oktyabrında “Sülh mənbəyi” əməliyyatından sonra yaradılan 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsidir”.

Türkiyə mediası daha əvvəl əməliyyatda 50 min türk hərbçisinin iştirak edəcəyini bildirmişdi. Qeyd edildiyi kimi, əməliyyat Türkiyəyə Suriya ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etməyə və ona bitişik ərazilərdən gələn terror təhlükələrini minimuma endirməyə imkan verəcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*