Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin məzənnəsindəki son sıçrayışları əsasən ilin yekunları ilə bağlı “müvəqqəti hal” adlandırıb.
KONKRET.az-ın məlumatına görə, İstanbulda “ASKON” biznes birliyinin idarə heyətinin iclasında çıxış edərkən, o bildirib ki, 2022-ci ilin əvvəlindən türk lirəsinin məzənnəsi sabitləşib.
“Dövlət büdcəsi ilə bağlı heç bir problem yoxdur. Biz ili başa vururuq, hətta proqnozları üstələyirik… Türk lirəsi hökumət üçün əsas bazadır”, – Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan Türkiyə əhalisinin 5 min tona yaxın qızıl yığdığına diqqət çəkib. “İqtisadiyyata nə qədər çox cəlb etsək, ölkə bir o qədər fəal inkişaf edəcək”.
“Mən istəyirəm ki, bütün vətəndaşlar öz əmanətlərini öz valyutamızda saxlasınlar və bütün işlərini öz valyutamızda etsinlər. Bunu tövsiyə edirəm”, – Ərdoğan deyib.
