Ərdoğan: Türkiyə bir neçə ölkənin konsulluqlarının bağlanması ilə bağlı vəziyyətə cavab hazırlayırbackend

Ərdoğan: Türkiyə bir neçə ölkənin konsulluqlarının bağlanması ilə bağlı vəziyyətə cavab hazırlayır

Türkiyənin Nazirlər Kabineti Qərb ölkələrinin konsulluqlarının bağlanması ilə bağlı vəziyyət kontekstində hansı cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.

KONKRET.az-ın TRT-yə istinadla məlumatına görə, bunu bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində gənclərlə görüşü zamanı deyib.

“Xarici işlər nazirimiz bundan əvvəl bu ölkələrin bütün səfirlərini çağırmışdı. Onlara ultimatum verildi ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bu çox baha başa gələcək. Bazar ertəsi Nazirlər Kabinetinin iclasımız var. Biz orada lazımi qərarları verəcəyik”.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Ankaradakı səfirliyinin Türkiyə ərazisində terror aktlarının hazırlandığını elan etməsindən sonra Qərb ölkələrinin İstanbuldakı baş konsulluqları işini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*