Ərdoğan Zəngəzur dəhlizinin yaradılmasında heç bir problem görmədiyini deyib.
KONKRET.az xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizi məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin yaradılmasında problem görmədiyini bildirib.
Onun sözlərinə görə, Praqada dar formatda görüş keçirilib.
“Bu dar çevrədə Paşinyan, eləcə də (Azərbaycan Prezidenti) İlham Əliyev və Macarıstanın Baş naziri Orban var idi. Bundan sonra təbii ki, bizim nümayəndə heyətlərinin görüşü oldu və biz bu məsələləri müzakirə etdik. Amma Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm”, – Ərdoğan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
