Ərdoğanla Consonun telefon danışığı oldubackend

Ərdoğanla Consonun telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İngiltərənin Baş naziri Boris Consonla telefon danışığı olub.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı onlar İsveç və Finlandiyanın NATO-ya üzvlük tələbi də daxil olmaqla, regional hadisələr, Ukrayna-Rusiya müharibəsi məsələlərini müzakirə ediblər.

Ərdoğan İsveç və Finlandiyanın terror təşkilatı PKK/YPG-nin nəzarətində olan şəxslər və həmin qruplaşmalarla əlaqələrinin əsas problem olduğunu bildirib.

Finlandiya və İsveçin NATO dəyərlərinə sadiq qalacağına və Türkiyənin haqlı narahatlıqlarına layiqincə əməl ediləcəyinə əmin olmaq istədiklərini ifadə edən Ərdoğan, terrora dəstək verən ölkələrin NATO-ya üzvlük tələbinə Türkiyə ictimaiyyətinin haqlı reaksiyasının diqqətdən kənarda qalmamalı olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*