ABŞ prezidenti Trump və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Yaponiyada təşkil ediləcək G-20 ölkələrinin zirvə görüşündə görüşəcəyi dəqiqləşdirilib. Ərdoğanla Trump arasındakı görüşdə əsasən iki ölkə arasında əlaqələrin, xüsusilə də S-400 məsələsindəki əsas problemlərin hərtərəfli həll edilməsi məsələləri müzakirə ediləcək. Qeyd edək ki, G-20 sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində baş tutacaq.