Ərəbistan Rusiya ilə neft müharibəsində növbəti zərbəyə hazırlaşırbackend

Ərəbistan Rusiya ilə neft müharibəsində növbəti zərbəyə hazırlaşır

Səudiyyə ruslarla neft müharibəsində növbəti zərbəyə hazırlaşır
KONKRET.az xəbər verir ki, ərəb ölkəsi hasilatı mayda da artıracaq. Səudiyyə Ərəbistanı sutkada 13,75 milyon barel neft çıxarmağa çalışacaq.

Ərəblərlə ruslarla martın 6-da ortaq məxrəcə gələ bilməmişdi. Rusiya hasilatın azaldılmasını, bununla da qiymət artımına nail olmaq istəyirdi. Razılaşmanın alınmaması əks effekt verdi. Səudiyyə Ərəbistanı hasilatı 9,7 milyon barelə qaldırdı. Bundan sonra “Brent” markalı neftin qiyməti təxminən iki dəfə aşağı düşdü. Ardınca Səudiyyə Ərəbistanı apreldə hasilatı 12,3 milyon barelə qaldıracağını açıqladı.

Ərəb ölkəsi hasil olunan neftin yalnız 3,15 milyon barelini istifadə edir, qalanı ixrac üçün nəzrədə tutulur. Deməli, Səudiyyə Ərəbistanı mayda sutka ərzində 10,6 milyon barel neft satmağı planlaşdırır.

  • omer
    Mart 30, 2020 - 23:25

    cox guman siz ele fikrinizdekini yazirsiniz.ruslar hasilati azaltmaq istemedi…buna gore danisiqlar pozuldu.erebler ise onlara yerini gostermekden oteri oz iqtisadiyyatlarini qurban verirler.gorek ne olur?birce o melumduki neft,qaz gelirleri olmadan yasamagi oyrenmek lazimdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*