Erməni əsgərlərindən rus sülhməramlılarına qarşı qanlı TƏXRİBAT: Yaralılar var – TƏFƏRRÜATbackend

Erməni əsgərlərindən rus sülhməramlılarına qarşı qanlı TƏXRİBAT: Yaralılar var - TƏFƏRRÜAT

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılarla erməni əsgərləri arasında baş verən dava qan tökülməsi ilə başa çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki rusiyalı sülhməramlı yaralanıb.

Məlumat erməni mənbələri tərəfindən yayılıb.

Məlumata görə, sülhməramlılar sentyabrın 8-də erməni silahlı birləşmələrindən Ağdərə rayonu istiqamətindəki postlardan birinin sökülməsini tələb ediblər. Burada 7-ci dağ atıcı alayının keçmiş komandiri Karen Jalavyana tabe olan erməni silahlıları keşik çəkiblər. Erməni silahlıları sülhməramlıların tələblərini yerinə yetirməkdən imtina ediblər və bu zaman onlar arasında münaqişə yaranıb.

Erməni əsgərləri müqavimət göstərsələr də, sayca çox olan rusiyalı sülhməramlılar qanunsuz erməni postunu bağlayıblar.

Hadisədən sonra rus sülhməramlıları sözügedən bütün ərazini nəzarətə götürməyə çalışıblar. Lakin erməni silahlı birləşmələri rus hərbçilərinə minalanmış ərazi barədə heç bir məlumat verməyiblər və qanlı təxribat törədiblər. Belə ki, ermənilərin hiyləsindən şübhələnməyən sülhməramlılar minalanmış əraziyə doğru irəliləyiblər və nəticədə iki rus hərbçisi yaralanıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*