Erməni işğalı nəticəsində dağılmış idman obyektləri – SİYAHI – RƏSMİbackend

Erməni işğalı nəticəsində dağılmış idman obyektləri - SİYAHI - RƏSMİ

Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

KONKRET.az-a Nazirlikdən verilən məlumata görə, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu dağıdılıb.

Həmin qurğular bunlardır:

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, “Qarabağ” Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları – 14 ədəd.

Laçın: Şəhər stadionu, voleybol meydançaları – 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – 28 ədəd, kənd voleybol meydançaları – 15 ədəd.

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası – 3 ədəd, kənd futbol meydançaları – 19 ədəd.

Ağdam: “İmarət” stadionu, “İdman şəhərciyi” İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları – 26 ədəd, kənd voleybol meydançaları – 26 ədəd.

Zəngilan: Səməd Vurğun adına şəhər tadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları – 13 ədəd.

“Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq”- Nazirlikdən qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*