Erməni kəndliləri: “Azərbaycan əsgərlərinin qorxusundan yuxularımıza haram qatılıb”backend

Erməni kəndliləri: "Azərbaycan əsgərlərinin qorxusundan yuxularımıza haram qatılıb"

“Biz aşağıdayıq. Fikirləşirik ki, onlar bizdən yüksəkdədirlərsə, istənilən vaxt hücum edə bilərlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni sakinlərindən biri Gegarqunikdəki sərhədyanı kəndlərdən birinin sakini Arşalyus Manukyan deyib.

Bu barədə reportajı “Azadlıq” radiosunun erməni xidməti hazırlayıb. Reportajda kəndli qadın bunları deyib: “Ağzınız isti yerdədir. Heç düşünürsünüz ki, kəndli nə ilə yaşayır, nə ilə dolanır?” Kəndlilərin dediklərinə görə, Azərbaycan əsgərlərinin qorxusundan yuxularına haram qatılıb”.

Başqa bir kənd sakini isə vurğulayır: “Bir baxın görün, harada yaşayırıq. Nə əkə bilirik, nə becərə bilirik?” Sakinlər deyir ki, hətta təsərrüfatlarını suvarmaqdan məhrum olublar”.

Reportajdan görünür ki, Azərbaycan əsgərlərinin qüdrəti sayəsində ermənilər aciz vəziyyətə düşüblər. Əgər onlar sülhə gəlsələr, Azərbaycan ərazilərinə iddia etməsələr, heç bir təhlükədən söhbət belə getməyəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*